Hadisə fanatını polisə verdi – SƏBƏB?

Türkiyəli müğənni Hadisə fanatını polisə verib.

ONN media bildirir ki, buna səbəb Tarık Ü. adlı şəxsin ifaçını uzun müddətdir izləməsi olub. O, 11 mart tarixində Hadisənin yaşadığı binaya gələrək mühafizəçidən onu soruşub. İstədiyi cavabı ala bilməyən gənc növbəti saatlarda yenidən binanın qarşısına gələrək gözləyib.

Bununla bağlı məlumat alan ifaçı əvvəlcə əhəmiyyət verməsə də, sözügedən şəxsin eyni addımı bir neçə dəfə atmasından sonra polisə müraciət edib. Gənc haqqında istintaq işi başlanılıb.

Səidə Seyidova