ONN İnformasiya Agentliyi

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi kimsəsiz uşaqlara sovqat payladı

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi kimsəsiz uşaqlara sovqat payladı
11 May 2021 - 14:45

Mayın  10-da  ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  98-ci  ildönümü  münasibətilə dünyanın  bir  çox  ölkələrində anım  tədbirləri  keçirilib,ulu  öndərin  adını  daşıyan  məkanlar  ziyarət  olunub, abidələri  önünə  gül-çiçək  dəstələri  qoyulub.

Ümummilli liderin xüsusi  təşəbbüsü  sayəsində   Azərbaycanla  sıx dostluq  və  tərəfdaşlıq  münasibətləri olan  Rusiyanın  Həştərxan  vilayətində  də  bir  sıra  anım  tədbirləri  keçirilib.Vilayətin  rəsmi  şəxslərinin  də  qatıldığı  bu  tədbirlərdə  Heydər  Əliyevin  abidəsi  ziyarət  olunub, onunla  bağlı  xatirələrdən  söz  açılıb.

Elə  həmin  gün  Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından Həştərxan şəhərində fəaliyyət göstərən “Yunost” valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım mərkəzinin üzvlərinə müxtəlif sovqatlar təqdim edilib.Qeyd edək ki,  Mərkəzdə valideyn himayəsindən məhrum olmuş 56 uşaq qeydə alınıb. 
Axşam  isə  Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından şəhərdə  yaşayan    “Bakı” otelində iftar süfrəsi təşkil olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png