ONN İnformasiya Agentliyi

Heydər Əliyev prospektində dəhşətli hadisə – 10 yaşlı qız öldü

Heydər Əliyev prospektində dəhşətli hadisə – 10 yaşlı qız öldü
14 Aprel 2021 - 9:30

Ağsuda piyadanın ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

Beləki, rayon sakini 2011-ci il təvəllüdlü Məhərrəmli Nəzrin Səbuhi qızı həmin prospektdə yolu keçmək istəyərkən onu Ağsu rayon sakini Kərimov Cavid Nəriman oğlunun idarə etdiyi avtomobil vurub.

Yaralı dərhal Ağsu rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png