İlham Rəhimovun Rusiya və İranda yeni kitabları çap edildi

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Rusiyanın Sankt-Peterburq şəhərində növbəti “Религия и Наказание” (Din və Cəza) adlı kitabı çap edilib.

ONN media  xəbər verir ki, kitab rus dilindən başqa yaxın zamanlarda Azərbaycan, türk, alman və ingilis dillərində də çap ediləcək.

Əsərdə dinin tarixən cəzanın müəyyən edilməsinə təsiri, cəzanın fəlsəfəsi məsələləri geniş təhlil edilib.

Bundan əlavə bu ay professor İlham Rəhimovun İran İslam Respublikasında “Cinayət və cəzanın fəlsəfəsi” əsəri də işıq üzü görüb. Qeyd edək ki, əsərin bu ölkədə çap edilməsi təklifi İranın hüquq elm mərkəzləri tərəfindən gəlib.