ONN İnformasiya Agentliyi

İdmançının ölümü ilə bağlı AAAF-dan AÇIQLAMA

İdmançının ölümü ilə bağlı AAAF-dan AÇIQLAMA
22 İyul 2021 - 13:28

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Allahyar Abışov vəfat edib.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev idmançının ölüm səbəbi ilə bağlı məlumat əldə etmədiklərini bildirib.

O, Abışovun dünyasını dəyişməsi xəbərinə üzüldüklərini söyləyib: “Allahyar yaxşı idmançı olub. Bu xəbəri eşitmək çox üzücü oldu. Amma niyə və nədən vəfat etməsi barədə məlumatımız yoxdur. Bunu araşdırmağı, səbəblərini öyrənməyi heç doğru da saymamışıq. Bunun üçün müvafiq orqanlar var. Bu, onların işidir, lazım gəlsə, edəcəklər. Biz isə milli komandanın sabiq üzvünü itirdik. Əsas məqam budur. Allahyar Abışovun xatirəsini yad edir, Allahdan ona rəhmət diləyirik”.

İdmançının bacısı Rəna Abışova Sportfm.az-a açıqlamasında Allahyar Abışovun “patı” kimi tanınan metamfetamindən vəfat etdiyini bildirib. Onun ölüm səbəbinin aşkarlanması üçün tibbi ekspertiza təyin edilib.

Qeyd edək ki, Allahyar Abışov 2015-ci ildə gənclərin Avropa çempionatında 62 kq çəki dərəcəsində Avropa çempionu olub. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png