İlin ilk Günəş tutulması başlayıb

Bu gün ilin ilk Günəş tutulması başlayıb.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.