ONN İnformasiya Agentliyi

İrəvandan Xankəndinə gizli yolla əsgər göndərilir…

İrəvandan Xankəndinə gizli yolla əsgər göndərilir…
27 Fevral 2021 - 13:29

Ermənistan Müdafiə Nazirliyinin önündə övladlarının Qarabağa göndərilməməsi üçün aksiya keçirən valideynlər deyir:

– Bu yaxınlarda bir qrup erməni hərbçi tikinti materiallarının daşınması üçün nəzərdə tutulan yük maşınında Laçın dəhlizindən keçərək, Xankəndinə göndərilib;

– Bizə dedilər ki, övladlarımız Qarabağa qayıtmayacaq, amma indi əsgər qaçaqmalçılığı edirlər;

– Uşaqlarımızın hərbi xidmət keçməsinə razıyıq, amma Qarabağda yox, orada onlar əsir götürülə bilər;

– Müharibədən qayıdanların yenidən Qarabağa göndərilməsindən qorxuruq, səlahiyyətli orqanlar heç bir problemi həll etmir;

– Qarabağda qalan erməni hərbçilərə geri qayıtmağına icazə verilmir, Xankəndidə qalmaları əmri verilib;

(Amerikalı jurnalist Patrik Lancesterin videoreportajından)…

Erməni validenylərin dediklərindən məlum olur ki:

1. Xankəndidə qalan erməni hərbçilər evlərin qayıtmaq istəsələr də, onlara icazə verilmir;

2. Ermənistandan Qarabağa hələ də müxtəlif yollarla əsgər göndərilir: sülhməramlılar aldatmaq üçün əsgərlər mülki geyimdə, mülki maşınlarla gətirilir (sülhməramlıların da bir çox hallarda göz yumduğu da istisna deyil);

Bu, Ermənistan tərəfindən üçtərəfli razılaşmanın pozulduğunun növbəti faktıdır və buna görə İrəvanla yanaşı, sülhməramlılar da cavab verməlidir.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png