İsrail ordusundan açıqlama – 80 PUA zərbələr endirdi

İsrail 80 uçuş aparatı ilə HƏMAS-ın 150 hədəfinə eyni anda aviazərbə endirib.

Bu sözləri İsrail ordusunun sözçüsü Yonatan Konrikus deyib.

“Uzun müddət sonra ilk dəfə HƏMAS və “İslami- Cihad” qruplaşmalarının Qəzzanın şimal hissəsindən raket buraxdığı 150-yədək mövqeyə 80 PUA ilə hücum təşkil etdik”, – deyə Konrikus bildirib.

Onun sözlərinə görə, PUA-larla yanaşı F-35-lər də əməliyyatda iştirak edib.