ONN İnformasiya Agentliyi

İttiham olunan Aşıq Namiq danışdı: “Xanım yeddi-səkkiz aydır mənə deyir ki..”

İttiham olunan Aşıq Namiq danışdı: “Xanım yeddi-səkkiz aydır mənə deyir ki..”
16 İyul 2021 - 13:46

Aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) hüquq-mühafizə orqanlarına çağrılaraq ifadə verib. Buna səbəb bir xanımın aşıq haqqında ittihamları olub. Xanım Namiq Fərhadoğlunun tərəfindən döyüldüyünü və ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.

ONN media bildirir ki, Namiq Fərhadoğlu Teleqraf.com-a açıqlamasında haqqındakı ittihamları qəbul etməyib:

“Xanım yeddi-səkkiz aydır ki, mənə deyir, uşağıma saz ifa etməyi öyrət. Sonra dedi ki, oğlumu başqa məktəbə qoymuşam. İki-üç gün əvvəl isə zəng etdi ki, oğlunu hərbi məktəblərin birinə düzəldim. Ona cavab verdim ki, xanım, oğlunuza saz ifa etmək, efirə çıxarmaq, mahnı yazdırmaq, klip çəkdirmək və s. istəsəniz edərəm. Bu mənim sahədir.

Və mənimlə üzbəüz görüşmək istədi. Mən isə razılaşdım. Ötən gün görüşdük, xətrinə dəyəcək hansısa sözlər deməmişəm. Əslində, demişəm ki, gözəl xanımsız. Su istəyib, su almışam. Birlikdə mağazaya getmişik, su almışıq. İndi oraya gedirəm, polislər də gəlir, kameraya baxacaqlar. Bizim məktəbin qarşısında da kamera var. Orada da danışmışıq. Və beləliklə hərbi məktəbə düzəltməyin mənim sahəmə aid olmadığını bildirdim. Bir aşıqla mübahisə etmişəm, o, mənimlə düşmənçilik edir. Bu qurmadır, o adam xanımı göndərib ki, Namiqlə danış, guya vurmuşam. Xanım polisə deyib ki, ekpertizaya gedəcək, ayağında zədə var. Mən küt alətlə vurmuşamsa, baxsınlar. Onu mən döymüşdümsə, necə gülə-gülə marketə getmişik?! Orada da şahidlərimiz var. Marketin qarşından söhbət etmişik, kamera var. Sonra mənə dedi ki, gedirəm, başqa vaxt görüşərik. Hətta taksi çağırdım, pulunu da verdim, 4-5 manat. Məndən mehribancasına ayrılıb. Onu döyməyim və hansısa hərəkət etməyim qara piar, gözdən dalmaq, şər-böhtandır. Xanımla ilk dəfə dünən görüşmüşəm. Mənə hər dəfə yazırdı, sosial şəbəkədə paylaşdığım hər statusa rəy yazırdı. Xoş sözlər bildirirdi. Belə ünsiyyət yaranmışdı. Yəqin ki, xanım evlidir, uşağı var. Polisə çağırıldım, ifadə verdim. Araşdırma başlanılıb. Subayçılıqdır və bundan da istifadə edirlər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png