ONN İnformasiya Agentliyi

Komendant postunu icazəsiz keçmək istəyən şəxs polisə xəsarət yetirdi – RƏSMİ

Komendant postunu icazəsiz keçmək istəyən şəxs polisə xəsarət yetirdi – RƏSMİ
04 May 2021 - 13:20

Aprelin 30-da saat 12 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə ONN media -ya Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi “Volqa QAZ-31029” markalı avtomobili sonuncunun üzərinə sürüb vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png