Kriminal qruplar çimərlikdə toqquşdu – YARALILAR VAR

İtaliyanın cənubunda yerləşən Apuliya vilayətində yerləşən çimərliklərdən birində atışma baş verib.

ONN media  xəbər verir ki, kriminal meylli 2 qruplaşma arasındakı toqquşma zamanı azı 9 nəfər xəsarət alıb.

Bildirilir ki, atışma zamanı çimərlikdə yüzlərlə insan olub, yaralıların bir çoxu da orada istirahət edən digər şəxslərdir.

Polis qüvvələri ərazini nəzarətə göürüb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.