Laçın Su Elektrik Stansiyasının işi bərpa edildi

Laçın Su Elektrik Stansiyasının işi bərpa edilib.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən hidroelektrik stansiyanın işi rus sülhməramlı kontingentinin komandanlığının köməyi ilə bərpa olunub: “Hazırda rus sülhməramlıları enerji bloklarında və sistemlərində texniki xidmət işləri aparmaq üçün mühəndislərin təhlükəsizliyini və maneəsiz girişini təmin edirlər. Bu, yaxınlıqdakı yaşayış məntəqələri və həmçinin Xankəndi şəhərini elektrik enerjisi ilə təmin edir”.

Qeyd edək ki, Laçın Su Elektrik Stansiyası Azərbaycanın nəzarətindədir.

Rusiya, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində, Rusiya sülhməramlıları Dağlıq Qarabağda mülki həyatın bərpasına köməklərini davam etdirir.