ONN İnformasiya Agentliyi

Lerikdə mollanın dəhşətli əməli MM-də müzakirə olundu

Lerikdə mollanın dəhşətli əməli MM-də müzakirə olundu
04 May 2021 - 13:37

Azərbaycanda din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir. Bu proses ictimaiyyətin, tanınmış adamların iştirakıyla baş tutmalıdır.

ONN media xəbər verir ki, bu sözləri Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

O, Lerikdə baş verən dəhşətli hadisəni nümunə kimi çəkib:

“Lerikdə baş verən dəhşətli hadisənin şahidi olduq. Elə din xadimləri seçilməlidir ki, bütövlükdə milli dəyərlərimizə, əxlaqımıza zidd olan hadisələr baş verməsin. O cümlədən yas mərasimlərində də biz cahil qadın din xadimlərinə rast gəlirik. Hamı da məcburdur ki, yas məclisinin sahibinə hörmət etsin, sakit dursun. Amma dindən bixəbər məsələlərdən danışırlar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png