Mədəniyyət Nazirliyi bu şəxsdən 61 min manatlıq gül alır

Mədəniyyət Nazirliyi 2021-ci il ərzində keçirilməsi nəzərdə tutulan bütün tədbirlər və təbriklər üçün istifadə olunancaq gül və əklillərin satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

ONN media xəbər verir ki, tenderin qalibi Quluzadə Orxan Tərlan oğlu olub. 

Qalib şəxslə 61,425 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.