ONN İnformasiya Agentliyi

Mədət Quliyev Asif Həsənovu baş məşqçi təyin etdi

Mədət Quliyev Asif Həsənovu baş məşqçi təyin etdi
02 Dekabr 2021 - 13:59

Şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib.

Təyinat Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyevin əmri ilə gerçəkləşib. Bundan sonra milliyə Əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək.

Daha əvvəl “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan Həsənovu məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.

Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən yeni baş məşqçi qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png