Mənfi 45 dərəcədə təyyarədən yapışaraq Mayamiyədək uçdu – VİDEO

“American Airlines” şirkətinə məxsus təyyarədə maraqlı hadisə yaşanıb.

ONN media  xəbər verir ki, adı açıqlanmayan bir şəxs təyyarənin şassi hissəsində gizlənərək Qvatemaladan Mayami şəhərinədək uçub. O, mənfi 45 dərəcəyə yaxın hava şəraitində 3 saat vaxt keçirib.

Hava limanı işçiləri tərəfindən aşkar edilən şəxs təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. 

Aeroport əməkdaşları tərəfindən lentə alınan videoda qanunsuz səyahət edən şəxsin titrədiyi və ayaqüstə dayanmaqda çətinlik çəkdiyini görmək mümkündür.

Həyatını təhlükə altına atan bu şəxsin kimliyi açıqlanmayıb və onun barəsində araşdırma başlanılıb.