Məşhur cütlük ayrıldı?

Hollivud ulduzu Ben Afflek və aktrisa Ana de Armas ayrılıb.

ONN media  xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb.

Cütlüyə yaxın mənbənin sözlərinə görə, münasibəti bitirmək təklifi Armasdan gəlib və onlar dostcasına ayrılıblar.

Qeyd edək ki, “Dərin su” filmində baş rolları canlandıran Ben Afflek və Ana de Armas ötən ilin mart ayından eşq yaşayırdı.