ONN İnformasiya Agentliyi

Məşhur sənətçi agent çıxdı

Məşhur sənətçi agent çıxdı
14 Sentyabr 2021 - 22:39

Əfsanəvi caz ifaçısı Luis Armstronqun ABŞ-ın Afrikadakı ictimaiyyətlə əlaqələr işində iştirak edərkən Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) tərəfindən gizli əməliyyatlar üçün istifadə edildiyi iddia edilir.

ABŞ-ın Afrika ölkələrindəki imicini yaxşılaşdırmaq üçün təşkil edilən bir neçə aylıq Afrika turuna qatılan Armstronqun 1960-cı ilin noyabrında həyat yoldaşı və bir ABŞ diplomatı ilə birlikdə Konqoda şam yeməyində aldandığı bildirilib.

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin 1950-1960-cı illərdə Mərkəzi və Qərbi Afrikadakı fəaliyyətini ortaya qoyan “White Evil” kitabının müəllifi, London Universitetinin tədqiqatçı köməkçisi Susan Uilyams Luis Armstronqun ABŞ kəşfiyyatı tərəfindən necə istifadə edildiyini izah edib.

S.Uilyams Armstronqun “Troya atı” olduğunu, onun siyasi maraqlar üçün istifadə edildiyini qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png