ONN İnformasiya Agentliyi

Məşhur türkiyəli müğənniyə AĞIR İTKİ – Koronavirusdan öldü

Məşhur türkiyəli müğənniyə AĞIR İTKİ – Koronavirusdan öldü
21 İyul 2021 - 17:46

Türkiyəli müğənni Alişanın qardaşı Səlcuq Tektaş koronavirusdan dünyasını dəyişib.

ONN media  xəbər verir ki, bu barədə şoumen Mehmet Ali Erbil sosial media hesabında paylaşım edib.

Məlumata görə, koronavirusa yoluxan Tektaş vəziyyəti ağırlaşdıqdan sonra reanimasiyaya qaldırılıb və üç həftə reanimasiya şöbəsində müalicə alıb.

İnstaqram hesabında qardaşı barədə paylaşım edən Alişan, “Canımın yarısını, qardaşımı, hər şeyi haqqa uğurladıq. Cənazəmiz bu gün günorta namazından sonra Teşvikiye Məscidindən götürüləcək”, – deyə qeyd edib.

Alişanın yaxın dostu Demet Akalın da paylaşım edərək bildirib ki, “Çox inanırdıq. Geri dönəcəkdin. Allah ailənizə səbr versin. Böyük ürəkli oğlan getdi”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png