Mətbəx çanağını necə seçmək lazımdır?

Hər mətbəxdə çanaq olmalıdır. Bu inkar olunmazdır. İş onu seçməyə gəldikdə, çanağın xarici görünüşü bizim üçün arxa plana keçir, ön planda onun funksionallığı dayanır. Ona görə əsas seçim faktorları — keyfiyyət və uzun ömürlülük. Həmçinin onu hansı məqsədlə istifadə edəcəyiniz çox vacibdir.

Mətbəx çanaqları, bir qayda üzrə, paslanmayan poladdan və ya üzəri minalanmış çuqundan istesal edilir. Əgər çanaq altı dolabınız (moyka) qranit və ya digər daşdan hazırlanıbsa, paslanmayan poladdan olan çanağı almanız məsləhətdir. Üstəlik, belə çanaq zərbələrə və zədələrə davamlıdır. Əgər sizin qaşıqları, pıçaqları çanağa astaca qoymaq əvəzinə içərisinə atmaq kimi vərdişiniz varsa, paslanmaz poladdan hazırlanmış çanaq sizin seçiminiz olmalıdır. Bəzi istifadəçilər bu çanağı çox səsli-küylü hesab edirlər. Lakin, bu problem səs udma texnologiyası ilə hazırlanmış çanaqların istehsalı ilə çox asan həll olunur.

İndiki zamanda üzəri minalanmış çanaqlar da çox populyardır. Onlar keyfiyyətli olub, estetik görünüşə malikdir. Lakin, zamanla mina yeyilir və onu zədələmək çox asandır.