ONN İnformasiya Agentliyi

Maksim Musayev VƏFAT ETDİ

Maksim Musayev VƏFAT ETDİ
28 Oktyabr 2021 - 12:18

Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.

ONN media bildirir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat yayıb.

Məlumata görə, M.Musayev 83 yaşında ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, M.Musayev 1938-ci ilin avqustun 18-də anadan olub.

O, 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. M.Musayev 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri və 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png