ONN İnformasiya Agentliyi

Manafovun həyat yoldaşının ölümündən əvvəl son sözləri NƏ OLDU?

Manafovun həyat yoldaşının ölümündən əvvəl son sözləri NƏ OLDU?
03 Mart 2021 - 12:51

“Vahidə xanım məni mənəvi oğlu adlandırırdı, çox yaxşı insan idi. Müalicə almaq istəmirdi, təkidim ilə xəstəxanaya yerləşdirdik”.

ONN media  xəbər verir ki, bunu Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşının vida mərasiminə qatılan Hacı Nuran deyib. O bildirib ki, əvvəllər Vahidə xanımın səhhətində problem olmayıb:

“Gümrah insan idi. Birdən-birə halı pisləşdi, keçən ay xəstəxanaya yerləşdirdik. Xəstəliyini özündən gizlədirdik, xahiş etdim ki, xəstəxanaya gedək və müayinələrdən keçin. Görək ki, səhhətinizdə nə probleminiz var. Vahidə xanım dedi ki, yalnız Hacı Nuran məni xəstəxanaya aparsa razı olaram. Xəstəxanaya getdik, müayinədən keçirdik. Xərçəng xəstəsi olmasını bilmirdi. Son sözü isə o oldu ki, sağalacam və məni Hacı Nuran xəstəxanadan çıxaracaq. Xəstəxanada qalmaq istəmirdi, Fəxrəddin müəllimə hər işində dəstək olurdu və onu çox sevirdi. Danışmaq çox çətindir. Böyük itkidir”.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png