Mimiki qırışlardan xilas olun

Dərinizdəki ləkələrdən xilas olmaq üçün ev şəraitində hazırlanan nar maskasından istifadə edə bilərsiniz.

ONN media xəbər verir ki, nar maskasıyla eyni zamanda dərinizdəki mimiki qırışlardan da xilas olacaqsınız. 

Hazırlanma qaydasını təqdim edirik:

İki yemek qaşığı nar suyu, 1 çay qaşığı qaymaq, 1 çay qaşığı mayonez, 1 çay qaşığı qatıq və 2 yemek qaşığı buğda ununu qarışdırın. Alınan məhlulu 45 dəqiqə üzünüzdə saxlayın, daha sonra isə ilıq suyla durulayın. Ardınca mütləq nəmləndirici kremdən istifadə edin.(axşam.az)