Moskva Xatirə İslamı müflis etdi

Uzun müddətdir ki, Rusiyada qalan Xatirə İslam Bakıya cibləri boş qayıdıb.

ONN media  xəbər verir ki, müğənni Moskvada aldığı müalicəsinə çox pul xərclədiyini deyib.

“Gedək doğma vətənimizə, evimizə. Bu ruslar cibimizdə pul qoymadı qalsın. Camaat burada pul qazanıb Bakıya aparır. Bizdə tərsinədir”, – X.İslam hava limanından paylaşdığı fotoya qeyd edib.