Müdiri siçovul videosu ilə hədələyib pul istədi

Səbail Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini R.Ramazanov iyulun 14-də bir qadının zəng edərək onun müdiri olduğu marketdə çəkdiyi siçovulu sosial şəbəkədə yayacağı ilə hədələyib 300 manat tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Lənkəran rayon sakini S.Tağızadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.