Müharibə 2018-ci ildə qaçılmaz olmuşdu – Paşinyan

44 günlük müharibə mənim hakimiyyətimin ən böyük problemi idi, amma geri dönüşü olmayan nöqtə mənim gəlişimə qədər olmuşdu.

ONN media xəbər verir ki, bunu Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib.

“Müharibədən sonra daima 2018-ci ilə qayıdıb, hər şeyi yenidən yerləşdirməyə cəhd etmişəm. Mən hər şeyi eyni dəqiqliklə təkrarlamazdım, amma Qarabağ konflikti ilə bağlı geri dönüşü olmayan nöqtəni biz 2018-ci ilin aprelində keçmişdik”, – deyə o bildirib.