Murovdağ tuneli belə partladıldı – Video

Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11.6 kilometrlik tunelin inşası davam etdirilir.

ONN media xəbər verir ki, AAY dövlət agentliyi tuneldə işlərin necə aparıldığını görüntüləyib.

Bildirilib ki, tunelin bəzi hissələrində texnikaların və canlı qüvvənin yara bilmədiyi sərt qayalar partladılır. İşlər elə aparılır ki, nə dağ, nə də tunel sözügedən partlayışdan zərər görür.