ONN İnformasiya Agentliyi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ZƏRƏRDƏ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ZƏRƏRDƏ
04 May 2021 - 13:48

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) 2020-ci il üzrə maliyyə hesabatı açıqlanıb.

ONN media   xəbər verir ki, qurum ötən ili 87,127 min manat zərərlə başa vurub. Belə ki, nazirliyin gəlirləri 65,598 mln manat, xərcləri isə 65,685 mln manat təşkil edib. Ümumilikdə gəlirlərdə 1,4%, xərclərdə isə 2,7% artım müşahidə olunub.

Qurumun gəlirlərinin 61,361 mln manatını qeyri-birja əməliyyatlarından gəlirlər, 4,237 mln manatını isə birja əməliyyatlarından gəlirlər təşkil edib. 

NRYTN-in xərclərinin 5,691 mln manatını əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları təşkil edib ki, bu da illik müqayisədə 22,7% çoxdur. Maliyyə yardımları və sair transfer xərcləri isə 1,6% artaraq 59,440 mln manat olub.

Digər xərc kateqoriyaları isə sərf edilmiş materialların dəyəri 72,792 min manat, amortizasiya xərcləri 104,878 min manat, sair əməliyyat xərcləri isə 376,212 min manat olub.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png