ONN İnformasiya Agentliyi

NATO nümayəndəsi: Tiflis Bakı və İrəvan arasında…

NATO nümayəndəsi: Tiflis Bakı və İrəvan arasında…
19 Oktyabr 2021 - 20:59

Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərində önəmli rol oynayır və buna görə mən sizə minnətdarlığımı bildirirəm.

ONN media xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşdən sonra deyib.

Xüsusi nümayəndə bildirib ki, görüşdə regional təhlükəsizlik kontekstində perspektivlər müzakirə olunub:

“Ötən gün Azərbaycanda idim, sabah isə Ermənistanda olacağam. Müzakirə üçün olduqca çox məsələ var. Mən nazirə Cənubi Qafqazın üç ölkəsi arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı Gürcüstan tərəfindən irəli sürülmüş təşəbbüsə görə təşəkkür etdim. Gürcüstan həqiqətən də Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə çox mühüm və fəal rol oynayır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png