ONN İnformasiya Agentliyi

Naxçıvan Ümumqoşun Ordusuna da həyacan siqnalı verildi – SABAHDAN…

Naxçıvan Ümumqoşun Ordusuna da həyacan siqnalı verildi –  SABAHDAN…
16 May 2021 - 14:47

Azərbaycan ordusu Naxçıvan Muxtar Respublikasında da irimiqyaslı hərbi təlimlərə başlayır.

ONN media  xəbər verir ki, 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.

Xatırladaq ki, Azərbaycan ordusu bu gündən etibarən 15 minlik canlı qüvvə və yüzlərlə döyüş texnikasının cəlb olunduğu irimiqyaslı təlimlərə başlayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə təlimlərdə iştirak edəcək qoşunlar əməliyyat rayonlarına çıxarılıb. Bu təlimlər Azərbaycan-Ermənistan sərhədinin Laçın və Kəlbəcər istiqamətlərində hökm sürən gərginliklə bir vaxta təsadüf edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png