ONN İnformasiya Agentliyi

Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama

Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama
25 Noyabr 2021 - 12:29

“Təhsil Tələbə Krediti (TTK) Sisteminin formalaşdırılması ilə bağlı ötən dövr ərzində bir sıra təcrübələr öyrənilib”.

ONN media  xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, TTK sistemi təhsil üçün çox vacib məqamlardan biridir bir çox ölkələrdə bu sistem dövlət tərəfindən dəstəklənir və bu sistemi müxtəlif qaydada tətbiq edilir:

“Təhsil Tələbə Krediti 60-dan çox ölkədə tətbiq olunur. Bu sistemin məqsədi təhsil sisteminə tələbələrin əlçatanlığının təmin edilməsi,təhsilin maliyyə təminatına dövlət dəstəyinin yüksəldilməsi, sosial çətinliklərin aradan qaldırılması, təhsildə keyfiyyətin yüksəldilməsi, təhsilin maliyyələşmə mexanizminin şaxələndirilməsidir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png