Nazir özünə yeni müşavir təyin etdi

Təhsil naziri Emin Əmrullayev özünə yeni müşavir təyin edib.

ONN media xəbər verir ki, bununla bağlı nazir əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Nicat Məmmədli gətirilib.

Qeyd edək ki, N.Məmmədli indiyə qədər nazirliyin Elm və ali təhsil şöbəsinin müdiri işləyib.