ONN İnformasiya Agentliyi

“Neftçi” “Keşlə”ni darmadağın etdi

“Neftçi” “Keşlə”ni darmadağın etdi
03 May 2021 - 22:07

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

ONN media  xəbər verir ki, günün ilk oyununda “Keşlə” çempionluğa iddialı “Neftçi”ni qəbul edib.

“ASK Arena”dakı qarşılaşma gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

Matç “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu “Keşlə”nin futbolçusu Tərlan Quliyev 38-ci dəqiqədə öz qapısına vurub. 74-cü dəqiqədə “ağ-qaralar”ın tanınmış futbolçusu Keysuke Honda fərqi iki topa çatdırıb. Bununla da yaponiyalı yarımmüdafiəçi yeni komandasında rəsmi oyunlarda ilk qola imza atıb. Matçda son nöqtəni isə görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə flaqmanın kapitanı Emin Mahmudov qoyub.

Bu nəticədən sonra xallarının sayını 50-ə çatdıran “Neftçi” ən azı bir günlük liderliyi ələ alıb. “Keşlə” isə 23 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün digər matçında “Səbail” “Qəbələ”ni qəbul edəcək. Turun “Sumqayıt” – “Sabah” və “Qarabağ” – “Zirə” oyunları mayın 4-də keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png