“Nostradamusun kəhanətləri” illər sonra tapıldı

İtaliyanın paytaxtı Romadakı kitabxanadan 2007-ci ildə oğurlanan “Nostradamusun kəhanətləri” Almaniyada hərraca çıxarılarkən tapılıb.

ONN media xəbər verir ki, keçən il Almaniyanın Ştutqart şəhərindəki hərrac evi kitabı hərraca çıxardıqdan sonra İtaliyanın mədəni irsi mühafizə qrupları işin izinə düşüb.

Hərrac evinin saytında dərc olunan fotolardan birində kitabın üzərindəki möhür görünüb. Bu marka 1991-ci ildə Barnabiti Tarixi Araşdırmalar Mərkəzinin Kitabxanasına daxil edilib.

Almaniyada aparılan araşdırmalarda sözügedən kitabın İtaliyadan oğurlanmış əlyazma olduğu təsdiqləndikdən sonra Romadakı kitabxanaya çatdırılıb.