Ölkənin ən varlı şəxslərindən biri öldürüldü

İngiltərənin ən varlı şəxslərindən olan Riçard Leksinqton Satton kənd malikanəsində bıçaqlanaraq öldürülüb.

ONN media xəbər verir ki, naməlum şəxs və ya şəxslərin onun evinə hücum zamanı sahibkarın həyat yoldaşı Enn Çrayber də bıçaqlanıb.

Qadın xəstəxanaya aparılıb, vəziyyəti kritik olaraq qiymətləndirilir.

Satton şirkəti tərəfindən məlumat təsdiqlənib.

Qeyd edək ki, zadəgan nəslindən olan Satton Londonda iki otelə (Beşulduzlu “Sheraton Grand” və “Lux Athenaeum”) sahib idi.