ONN İnformasiya Agentliyi

Oqtay Şirəliyevin bu səlahiyyəti Ramin Bayramlıya verildi

Oqtay Şirəliyevin bu səlahiyyəti Ramin Bayramlıya verildi
07 Aprel 2021 - 15:00

Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini TƏBİB aparacaq.

ONN media  bildirir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.

Əvvəllər bu səlahiyyət Səhiyyə Nazirliyində idi. (modern.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png