Özgü Namal o evə bir daha addımını atmadı

Keçən il həyat yoldaşı Əhməd Sərdar Oralı itirən Özgü Namal övladları ilə birlikdə İstanbula köçüb.

ONN media  xəbər verir ki, aktrisa həyat yoldaşı vəfat etdikdən sonra Köyceğizdəki evlərinə getməyib. O, kənddəki evlərini istifadəyə bağlayıb.

Xatırladaq ki, 2015-ci ildən bəri Muğla Köyceğizdə bir kənddə yaşayan cütlük İstanbuldakı evlərində olduqları zaman Əhməd Sərdar Oral infarktdan dünyasını dəyişmişdi.