Paşinyan devrilmək astanasındadır – Ərdoğan

Hazırda Ermənistanda baş verən hadisələr hərbi qiyama cəhd sayılır.

ONN media  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə çevrilişə cəhdin hər növünə qarşıdır:

“Ordunun hakimiyyəti ələ keçirməsi düzgün deyil. Əgər hakimiyyətdə idarə dəyişiliyi ediləcəksə, bunu yalnız erməni xalqı edə bilər. Onsuzda xalq Paşinyanı devirmək astanasına gətirib. Ancaq çevrilişə cəhdə baxışımız çox fərlidir”.