ONN İnformasiya Agentliyi

Paşinyan istefa verəcəyi TARİXİ AÇIQLADI

Paşinyan istefa verəcəyi TARİXİ AÇIQLADI
14 Aprel 2021 - 20:21

Ermənistanın baş naziri Nikol Paşinyan parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprelin sonuncu 10 günündə vəzifəsindən istefa verəcəyini bildirib.

ONN media  xəbər verir ki, o, bunu parlamentin aprelin 14-də keçirilən iclasında açıqlayıb.

“Protokol qaydaları naminə yeddinci gün baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm, qalan fraksiyalar isə öz namizədlərini açıqlamayacaq. “Mənim addımım” fraksiyası məni baş nazir seçməyəcək. İkinci dəfə də qrup namizədliyimi irəli sürəcək və yenə də seçməyəcək. Bununla da Parlament buraxılacaq, iyunun 20-də də seçkilər keçiriləcək”, – N.Paşinyan izah edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png