Paşinyan: Peşəkar ordu yaratmağa başlamışıq

Ermənistan ordusunda genişmiqyaslı reform prosesi başladılıb.

ONN media  xəbər verir ki,  bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Reformlar struktur və məzmunlu dəyişiklikləri nəzərdə tutur. Strateji perspektivdə hesab edirik ki, Ermənistanın peşəkar orduya keçidi, icbari və müqaviləli xidmət keçənlərin məzmununun dəyişdirilməsi təmin edilməlidir” – deyə o bildirib.

O, reform çərçivəsində Ermənistanın sərhədlərinin müdafiəsini ordu yox, sərhəd qoşunlarının qorumasının planlaşdırıldığını vurğulayıb.