Peskovdan daha bir “İsgəndər”i AÇIQLAMA

Qarabağda qalıqları aşkar edilmiş “İsgəndər” raketi barədə hər hansı məlumatımız yoxdur.

ONN media  bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov raketin istifadəsi barədə prezidentə məruzə olunub-olunmaması barədə sualı cavablandırarkən deyib.

O, V.Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı ikitərəfli münasibətlərin müzakirə olunacağını bildirib:

“Rusiya prezidenti Ermənistan baş naziri ilə görüşü zamanı inteqrasiya məsələlərini, eləcə də Qarabağla bağlı üçtətərəfli bəyanatların icrasını müzakirə edə bilər. Raketlə bağlı heç nə deyə bilmərəm, bu barədə məlumatım yoxdur”. (trend)