Prezidentin köməkçisi İsrailə təşəkkür etdi

Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə minnətdarıq. Bu, ölkələrimiz arasındakı dostluğun rəmzidir.

ONN media  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bir həyatı xilas edən bütün dünyanı xilas edir”, – o, “Şindlerin siyahısı” filmindən sitat gətirib.