Prezidentlərin geniş tərkibdə görüşü oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

ONN media  xəbər verir ki, Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-dən Azərbaycanda işgüzar səfərdədir.