Putin Nikolu dayandırdı: Köçəryana ittiham qaldırıldı – NƏ BAŞ VERİR?

Ermənistanın 2003-2008-ci illərdə polis rəisi olan Ayk Arutyunyanın intiharı ilə bağlı cinayət işinə xitam veriləcək.

ONN media  xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Qeyd edək ki, Arutyunyan 2019-cu ilin sentyabrında iqamətgahında ölü tapılmışdı. Onun cəsədi yaxınlığında tapançası və giliz aşkarlanmışdı. Arutyunyanın 1 Mart cinayət işində adının şahid kimi keçməsindən sonra ölü tapılması müzakirələr yaratmışdı.

Bir müddət əvvəl Ermənistanda hökumətin keçmiş hakimiyyət nümayəndələrinə qarşı əsas dəyənək kimi istifadə etdiyi 1 Mart cinayət işi dayandırılıb. Buna səbəb Konstitusiya Məhkəməsinin verdiyi qərar olub. Məhkəmənin bu qərarı sayəsində keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş prezident Robert Köçəryana qarşı ittihamlar avtomatik olaraq ortadan qalxıb.

Ən maraqlı məqam isə cinayət işiylə bağlı qərarın Köçəryanın Rusiya Prezidenti Vladimir Putinlə danışmasından sonra, Ermənistan Baş naziri Nikol Paşinyanın isə Putinlə görüşündən 1 gün öncə qəbul edilməsidir.(axar.az)