“Qəbələ”nin legioneri ağır zədə aldı

“Qəbələ”nin futbolçusu Yaovi Akakpo zədələnib.

ONN media  xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Səbail”ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IV tur oyununda ciddi xəsarət alıb.

Toqolu oyunçu 50-ci dəqiqədə meydanı xərəkdə tərk edib. Afrikalı futbolçunu iordaniyalı Omar Hani əvəzləyib.

Qeyd edək ki, qarşılaşma hələlik hesab açılmayıb.