Qənirə Paşayeva şəhid zabitin ailə üzvləri ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Mülkülü kənd sakini, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Baş leytenant Orxan Emnalıyevin atası Eyvaz Emnalıyev və digər ailə üzvləri ilə Milli Məclisdə görüşüb.

ONN media  xəbər verir ki, millət vəkili onları tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb.

Q.Paşayeva şəhid zabitin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.