ONN İnformasiya Agentliyi

“Qalatasaray” öz meydanında “Fənərbağça”ya uduzdu

“Qalatasaray” öz meydanında “Fənərbağça”ya uduzdu
21 Noyabr 2021 - 22:57

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.

“Qalatasaray” və “Fənərbağça” komandaları arasında baş tutan prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edib. “NEF Stadionu”nda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Oyunu Halil Umut Meler idarə edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, iki kollektivin indiyədək Superliqada 129-cu qarşılaşması olub. Bunların 35-də meydan sahibləri, 51-də isə qonaqlar qələbə qazanıblar. 43 qarşılaşma heç-heçə başa çatıb.

“Qalatasaray” matça 2 itki ilə çıxıb – Arda Turan və Saşa Buy vacib görüşü buraxıb. “Fənərbağça”da isə Altay Bayındır, Enner Valensia və Luis Qustavo zədə səbəbindən matçı kənardan izləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png