ONN İnformasiya Agentliyi

Qanan adam üçün dəyərli işlər gördük…

Qanan adam üçün dəyərli işlər gördük…
02 Sentyabr 2021 - 16:59

2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılan, fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edən Aran Film Yaradıcılıq Mərkəzi, fəaliyyəti dövründə Azərbaycanın mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atmışdır. 2020-ci ildə Mərkəz fəaliyyətini dayandırdı.

Qurumun bədii rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Tahiroviç bu barədə danışıb: “Müasir kino sənayesi, onlarla peşənin nümayəndələrini özündə birləşdirən, sahiblərinə davamlı sevgi və itkilər gətirən, amma son dərəcə inkişaf etmiş bir fabrikadır. Kino kökündən yeni bir professional istiqamət ortaya qoyub. Bu sənaye, müxtəlif mənşəli insanları sehirli məqsədlə bir araya gətirir. Təbii ki, ən yaxşı filmləri dəyərləndirmək və mükafatlandırmaq üçün bir çox festivallar var. Amma qiymət təkcə müsabiqələrdə verilmir. İctimai dəyər də öz sözünü deyir. Söz yox ki, son illər bir çox ölkələrin kinoindustriyası o qədər inkişaf edib ki, hətta rejissor belə mühəndislik etməlidir. Bura texniki vasitələrin və montaj qurğularının təsiri sübut edir. Bu hay küylü dönəmdə texnikasız və maliyyəsiz vəziyyətdə telekinonun inkişafı üçün 5 il öncə addım atdıq. Geriyə baxanda nələrsə görə bilmisənsə biraz rahatlayırsan”.

T.Tahiroviç yaradıcılıq dövrünün ən yaxşı hissəsinin “Aranfilm” Yaradıcılıq mərkəzinə həsr olunduğunu bildirir: “İqbal Məmmədəliyevlə birgə 2 sentyabr 2016-cı ildə 3 nəfər əməkdaşla Elçin Şıxlının himayəsi və dəstəyi ilə balaca bir otaqda başlanılan iş və yenə də onun təklifi ilə “Ayna”-nın bütün dəhlizlərini və otaqlarını təmənnasız bizə verməklə gediləsi uzun bir yola yolçu olduq. Qısa vaxtda həmkarlarımızın sayı 16-a çatdı. Dəvət etdiyim işçilərin hamısı sənət diplomlu və işini bilən adamlar idi. Təbii ki, içlərində hələ yeni qanad açanlar da var idi. Demək olar əksəriyyətinə yiyə çıxdıq. İnsan alnının təri ilə çalışmalıdır, kim olursa olsun. Bu həyatın mənası və məqsədi, xoşbəxtliyi, zövqüdür. Bizim əməkdaşlar 4 il ərzində bunu bacardı. 97 film (sənədli, elmi kütləvi, portret və televiziya filmləri), 52 ilk baxış, 5 beynəlxalq festival, 4 Respublika festivalı, 7 təşəkkürnamə ilə zamanımızı boşa vermədik. Yeganə Alməmmədovanın “İnitium”, Aydan Əhmədovanın “Bakılı qızlar”, Nicat Qafuroğlunun “Daşla danışan adam”, Babək Abbaszadənin “Zülmətdən doğan işıq”, Yasəmən Quliyevanın “Almanların sağlığına”, Turan Yaqublunun “Vətəndaş Nəcəfov” kimi filmləri əslində bir genefond oldu. Söz yox ki, bu işdə operatorlar – Rafiq Əliyev, Əminə Həsənli və Anar Seyidovun xüsusi əməyi olub. Prodüserlərdən Nicat Məmmədov və Qənirə Qurbanlı isə bütün filmlərdə öz əməklərini ürəklə xərclədilər. Montajçılar Pərviz Səlimov, Habil Muğanlı, Davud Mikayıllı, Sənan Səfərov,Ümman Budaqov filmlərin ərsəyə gəlməsində kömpüter qarşısında əmək verdilər. Nəhayət Kənan Fərzəli isə hamının dostu olaraq bütün filmlərdə hamıdan çox çalışdı. Nigar Rəsulova və Yağmur Firuz  isə mərkəzin ən sevimliləri idi. Fəxrim Fətəliyev isə tam başqa adam idi. Sonda gediləsi uzun bir yolda istənilən knevmatik hava şəraitində dayanmadan çalışdıq. Sənədli kinonun tanınması və  təbliği üçün xüsusi işlər gördük. Pandemiya dönəmində belə 4 filmin istehsalına nail olduq. Hətta son illər bədii qısametrajlı filmlərin istehsalı başlanmışdı. ADMİU-nun və Türkiyədə təhsil alan  tələbələrinə diplom işlərində maddi, təşkilati və texniki dəstək verdik. Bir neçə rejissor debüt filmlərini çəkdi”.

Rejissor deyir ki, fəaliyyətimiz dönəmində televiziya və informasiya saytlarında yalnız  “ARANFİLM”- in adı çəklilir və təriflər söylənilirdi: “Bunun ardınca smetasız və maliyyəsiz filmlər çəkməklə öz mənəvi işimizdə yorulmadan davam edirdik. Nəhayət “Aranfilm” yaradıcılıq mərkəzi 2 sentyabr 2020-ci ildə fəaliyyətini dayandırdı. 3 il öncə dəyərli Aliyə Dadaşovaya müsahibə verəndə belə bir fikir demişdim: “Aranfilm” adlı qatardayıq, uzaq yol gedirik. Amma və lakin axır reysimizə kimsə daş itələyəcək”. Belə də oldu. Təəssüf ki, bunun da sonu gəlib çatdı. Sentyabrın 2-si mənim üçün həm sevincli, həm də çətin gündür. “İslahatlar”ın qurbanı olan “Aranfilm” mənim üçün yaşayır. Çünki geriyə baxanda qanan adam üçün dəyərli işlər gördük. Heç kim münasibətlərdə kristal deyil. Mən də əməkdaşlara qarşı ola bilər nə vaxtsa düzgün addım atmamışam. Amma vicdanla deyə bilərəm ki, mən sizlər üçün dost və rəhbər olmuşam. Haqqınızı halal edin. Sizə uğurlar arzu edirəm. Yaşınız mübarək”.(aki.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png