Qarabağa qaytarılan ermənilərin son sayı AÇIQLANDI

Son sutka ərzində Qarabağa 114 erməni qaytarılıb.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlıları son sutka ərzində 114 nəfərin Ermənistandan Qarabağa təhlükəsiz qayıdışını təmin edib. İndiyə qədər Qarabağa 50.116 erməni qaytarılıb”, – məlumatda qeyd olunub.