Qarabağda 1229 erməni əsgərin meyiti tapıldı

Qarabağda, Azərbaycan Ordusunun nəzarəti altında olan ərazilərdə son sutkada daha 7 erməni əsgərin meyiti tapılıb və bununla da 14 noyabrdan bəri döyüş meydanlarından tapılan erməni əsgər meyitlərinin sayı 1229-a çatıb.

ONN media  xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Meyitlərin Cəbrayıl və Füzulidə aşkarlandığı qeyd edilib.

Qeyd edək ki, axtarışlar Azərbaycan Ordusunun razılığı ilə aparılır.